Sumqayıtda qızıl oğruları tutuldu

17 Oktyabr 2019 05:25 (UTC+04:00)

Sumqayıtda qızıl oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.