ABŞ-dan Türkiyəyə növbəti SANKSİYA TƏHDİDİ - Şərti açıqladılar

17 Oktyabr 2019 09:00 (UTC+04:00)

Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ-dan Ankaraya növbəti təhdid gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin atəşkəsin təmin olunmayacağı halda, əlavə sanksiyaların tətbiq olunacağını bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir. Oktyabrın 15-da Türkiyənin üç nazir və iki nazirliyinə qarşı sanksiyalar tətbiq olunub.

SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar: Türkiyənin 2 nazirliyi və 3 naziri...