“Hercai”nin məşhur aktrisası yazarla EVLƏNDİ - FOTO

17 Oktyabr 2019 09:58 (UTC+04:00)

Yayınlandığı gündən bəri böyük həyəcanla izlənilən “Hercai” serialının aktrisası Fəridə Çetinin dünən toyu olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Zehra Şadoğlu obrazını canlandıran kino ulduzu bir müddətdir görüşdüyü film yazarı Murat Özer ilə ailə qurub. Təmtəraqdan uzaq olan toy mərasimi üçün Fəridə Çetin önü qısa, arxası uzun paltar seçib.

40 yaşlı sənətçini şad günündə sənət dostları da tək qoymayıb.