Azərbaycanda tüklərinizi biz-biz edəcək OLAY: it 4 yaşlı uşağı parçalayıb öldürdü (YENİLƏNDİ)

17 Oktyabr 2019 16:53 (UTC+04:00)

Nizami rayon Prokurorluğu sentyabrın 15-də Masallıda it dişləyən azyaşlının ölümü ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, araşdımalar zamanı məlum olub ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub.

Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Nizami rayon prokurorluğunda material qaydasında araşdırma aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.

***

12:00

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)