Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı

17 Oktyabr 2019 17:39 (UTC+04:00)

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb. (trend)