Zakir Həsənov Çinə gedir

17 Oktyabr 2019 19:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü və Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə bu ölkəyə səfər edəcək.

Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Müdafiə nazirinin Çin Xalq Respublikasının hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.