Türkiyə-ABŞ razılaşmasına Dəməşqdən İLK REAKSİYA: “İraq Kürdüstanı”...

18 Oktyabr 2019 01:10 (UTC+04:00)

Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ-Türkiyə razılaşmasına Dəməşqdən ilk şərh gəlib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Suriya prezidentinin müşaviri Buseyna Şaban razılaşmanı “müəmmalı” adlandırıb.

“Əl-Mayadin” telekanalına danışan Buseyna Şaban Suriyada “yeni İraq Kürdüstanı”nın qurulmasına icazə verilməyəcəyini söyləyib.

Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.

SON DƏQİQƏ: ABŞ və Türkiyə RAZILAŞDI: YPG bölgədən çıxır, 120 saat ərzində... - DETALLAR - FOTO/VİDEO (YENİLƏNDİ)