Muradlı dünya çempionatında ikinci qələbəsini qazandı

19 Oktyabr 2019 07:20 (UTC+04:00)

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında beşinci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ötən turda qələbə qazanıb. O, malayziyalı Amir Ghaazi Mohd Saprini məğlub edərək aktivinə 1 xal yazdırıb.

M.Muradlının beş turun yekununa görə cəmi 2 xalı var.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.