Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

19 Oktyabr 2019 21:14 (UTC+04:00)

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğlu yolu qarşı tərəfə keçən zaman "VAZ" markalı avtomobil onu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır (Report).