Türkiyədə başına 300 min qoyulan terrorçu öldürüldü - FOTO

19 Oktyabr 2019 22:45 (UTC+04:00)

Türkiyənin Adıyaman vilayətində ölü olaraq ələ keçirilən iki PKK terrorçusundan birinin Çekdar Bezar kod adlı Özcan Bektaş olduğu müəyyən edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, adı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “boz siyahı”ya salınan terrorçunun başına 300 min lirə pul qoyulmuşdu.

Digər terrorçunun kimliyi hələ müəyyən edilməyib.