2019-cu ilin ən bahalı transferi sıradan çıxdı

20 Oktyabr 2019 17:24 (UTC+04:00)

İspaniyanın “Atletiko Madrid” klubunun tarixinin ən bahalı transferi olan Joao Feliks dünən “Valensiya” ilə keçirilən qarşılaşmada zədələnib.

Publika.az xəbər verir ki, oyunun ikinci hissəsində zədələnən portuqaliyalı futbolçunun 1 aya yaxın müddətdə meydana çıxa bilməyəcəyi bildirilib.

Qeyd edək ki, J.Feliks Madrid klubunun ən bahlı transferi olmaqla yanaşı 2019-cu ilin də ən qiymətli transferi kimi də tarixə düşüb. İspaniya təmsilçisi futbolçunu “Benfika”dan almağa görə 126 milyon avro xərcləyib.