Azərbaycanda 21 yaşlı hamilə qadından ŞOK ƏMƏL

20 Oktyabr 2019 18:20 (UTC+04:00)

Gədəbəy rayonunda hamilə qadın intihar etmək istəyib.

Hadisə Gədəbəy rayonu Qaravəlilər kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü kənd sakini Paşayeva Həmidə İlham qızı sirkə içərək intihara cəhd edib.

21 yaşlı H.Paşayeva ailə üzvlərinin köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.(Qafqazinfo.az)