Azərbaycanlı milyarderin aktivləri dondurula bilər

20 Oktyabr 2019 18:53 (UTC+04:00)

Britaniya məhkəməsi azərbaycanlı iş adamı Fərhad Əhmədovun aktivlərinin bir hissəsini dondura bilər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Bu qərara səbəb milyarderin keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya məhkəmənin təyin etdiyi məbləği ödəməkdən imtina etməsi olub.

Qeyd edək ki, 2016-cı ildə məhkəmə iş adamına keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini vermək haqqında qərar vermişdi.