Feminist qadınlar aksiya keçirdi

20 Oktyabr 2019 18:36 (UTC+04:00)

Oktyabrın 20-də Bakıda bir qrup qadın son günlər artan qadın cinayətlərinə qarşı etiraz yürüşü keçirmək istəyib.

Axar.az xəbər verir ki, iştirakçılar “Şiddətə susma, şiddətə dözmə!”, “İstanbul konvensiyasına qoşulaq!”, "Süpürgəçi qadınlar ölməsin!", "Erkən nikahlara son!" şüarlarını səsləndirib, yürüşün rəsmi bəyanatını oxuyublar.

Aksiya dinc şəraitdə yekunlaşıb. İştirakçılardan bəziləri piket zamanı polis tərəfindən saxlanılsa da, sonradan onlardan çoxu sərbəst buraxılıb.