ABŞ İŞİD terrorçularını bu ölkəyə aparır

21 Oktyabr 2019 06:25 (UTC+04:00)

ABŞ hərbi qüvvələri Suriyadakı bazalarını tərk edərkən “əliboş” dönmürlər. Onlar Suriyanın Əl-Cəzirə bölgəsində tutulan yüzlərlə İŞİD terrorçusunu İraqa aparırlar.

Musavat.com xəbər verir ki, ABŞ ordusu Haseki əyalətində yerləşən Əl-Hol düşərgəsində saxlanılan onlarla terrorçunu köçürməyə başlayıb. Düşərgə üzərində tez-tez helikopterlər uçur.

Amerikalıların bir sutka ərzində Hesekinin cənubundakı Əl-Malikiyə və Əl-Şəddadi şəhərlərindəki həbsxanalardan 230 İŞİD-çini apardığı qeyd olunur.

Bu arada, Pentaqonun yeni rəhbəri Mark Esperin Əfqanıstana uçması diqqət çəkib. ABŞ müdafiə nazirinin “Taliban” hərəkatı ilə danışıqları bərpa etmək üçün gəldiyi bildirilir.