"Çantamda bomba var" deyib polisi təhdid etdi - FOTO

21 Oktyabr 2019 16:15 (UTC+04:00)

İstanbul şəhərində mülki şəxs polisi təhdid edib.

Publika.az xəbər verir ki, “Beşiktaş Vodafone Park” stadionu qarşısında dayanan şəxs polisə “çantamda bomba var, partladacağam” deyib.

İstiqlal küçəsində saxlanılan şəxsin çantasından computer, dərgi və yemək çıxıb. Bomba izinə rast gəlinməyib. Şübhəli şəxs ifadə vermək üçün bölməyə aparılıb.

Zümrüd