Sabiq baş nazirin halı qəfil pisləşdi, xəstəxanaya yerləşdirildi

22 Oktyabr 2019 14:02 (UTC+04:00)

Pakistanın həbsdə olan keçmiş baş naziri Nəvaz Şərifin halı qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, onun qarın boşluğunda trombosit miqdarının artması səbəbilə halı pisləşib.

Həbsxana xəstəxanasında məlum olub ki, narahatlıq nazirin qəbul etdiyi dərmanlara görə yaranıb.

Pakistan hökuməti N.Şərifi zəhərləməkdə ittiham edən kürəkənini ötən gün həbs edib.

Xatırladaq ki, Nəvaz Şərif korrupsiyada ittiham olunaraq ötən ilin iyul ayında 10 il həbs cəzasına məhkum edilmişdi.