Əsgərlərə XAİN HÜCUM: çox sayda şəhid və yaralılar var

22 Oktyabr 2019 15:55 (UTC+04:00)

YPG/PKK terror təşkilatı Təl Abyad və Ras əl Eyndə Suriya Milli Ordusuna (SMO) hücum edib.

Publika.az xəbər verir ki, terrorçu kamikadzelərin özünü partlatması nəticəsində 3 əsgər şəhid olub, 18-i yaralanıb.

Bölgədəki SMO əsgərləri terrorçulardan təmizlənən şəhərlərin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün patrul xidməti göstərir.

Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda start götürən “Sülh çeşməsi” hərəkatı çərçivəsində 84 SMO əsgəri şəhid olub, 310-u yaralanıb.

Zümrüd