Azərbaycanda yüksək vəzifəli akademik istefa verir - Sabah fövqəladə toplantı keçiriləcək

22 Oktyabr 2019 23:44 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin sabaha fövqəladə toplantısı təyin olunub.

Axar.az xəbər verir ki, buna səbəb AMEA prezidenti Akif Əlizadənin istefa ərizəsi yazmasıdır. İddiaya görə, A.Əlizadə yaşı ilə bağlı vəzifədən istefa vermək qərarına gəlib.

Məlumata görə, toplantının oktyabrın 23-də, saat 11:00 və yaxud 16:00-da olacağı gözlənilir. AMEA-nın yeni prezidenti kimi isə akademiklər Nərgiz Paşayeva və Rasim Əliquliyevin şanslarının daha çox dəyərləndirildiyi bildirilir.

İdarə Heyətinin toplantısında PA rəhbəri Ramiz Mehdiyevin də iştirakı gözlənilir.

Qeyd edək ki, akademik Akif Əlizadənin 86 yaşı var.