Ərdoğan: ABŞ verdiyi vədləri tam yerinə yetirmədi

23 Oktyabr 2019 00:35 (UTC+04:00)

Suriyanın şimalında YPG/PYD/PKK terrorçularına Türkiyə sərhədindən 32 km cənuba çəkilmələri üçün verilən 5 günlük müddət ötən gün saat Bakı vaxtı ilə 23:00-də (Türkiyə vaxtı ilə 22:00) başa çatdı.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində ABŞ-ın Suriya üzrə verdiyi vədi tam yerinə yetirmədiyini bildirib.

“Verilən sözlər yerinə yetirilmədi. Güzəşt etsək, terror təşkilatının önünü açmış olarıq”, - o deyib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Ankara yeni tədbirlər görməyə hazırdır.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.

Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO (YENİLƏNDİ)