Ticani Məhəmməd-Bande Azərbaycana gəldi

23 Oktyabr 2019 21:54 (UTC+04:00)

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 23-də Azərbaycan Respublikasına səfərə gəlib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn və digər rəsmi şəxslər qarşılayıblar.