Qazaxda ağır qəza: yaralılar var

24 Oktyabr 2019 00:36 (UTC+04:00)

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Daş Salahlı kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun üç yaşlı qızı Səma xəsarət alıb.

Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır (Report).