Bakıda maşınla qadını vurub qaçan şəxs tutuldu

25 Oktyabr 2019 13:23 (UTC+04:00)

Bakıda maşınla piyadanı vurub qaçan sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 24-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.