Ölkə ŞOKDA: 63 ölü, 2592 yaralı var, ordu hərəkətə keçir... - YENİLƏNDİ

27 Oktyabr 2019 00:36 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində iki gündür davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 63-ə çatıb.

Publika.az xəbər verir ki, aralarında təhlükəsizlik əməkdaşlarının da olduğ yaralıların sayı 2 min 592-ə yüksəlib.

***

11:14

İraqın paytaxtı Bağdadda günlərdir baş qaldıran etiraz nümayişlərində xalq dinc aksiyalara başlayıb.

Publika.az xəbər verir ki, Təhrir meydanında toplaşan etirazçılar bu dəfə oturaraq hökuməti protest edib.

Ölkənin mərkəz və cənubundakı şəhərələrdə də etirazçıların eyni cür aksiyalara başlayacağı bildirilir.

İraq Birgə Əməliyyat Komandanlığı təxribat edən şəxslərlə qarşı terrorla mübarizə qanunu çərçivəsində kəskin şəkildə “maraqlanacaqlarını” bildirib.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən paytaxt Bağdad və ölkənin cənub, mərkəz əyalətlərində yenidən alovlanan aksiyalarda hökumətin istefası və vəzifədən sui-istifadədə ittiham olunan rejimin islahatlar keçirməsi tələb olunur.

***

08:40

İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ölənlərin sayı 40 nəfərə çatıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, baş verən qarşıdurmalarda iki min nəfər yaralanıb.

***

25 oktyabr 23:05

İraqın paytaxtı Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində bu gün yenidən başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 24-ə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin cənubunda yerləşən Nasiriye vilayətində etirazçılar şiə milis gücü “Asayib Ehlilhak Hərəkatı”nın binasına girməyə çalışarkən atəşlə qarşılanıblar.

Bundan başqa, etirazçıların “Bədr” Təşkilatı, İraq “Hizbullah” Təşkilatı və digər şiə partiyalarının binalarına girərək yanğınlar törətdyi bildirilir.

Qeyd edək ki, etirazlar yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına və hökumətdəki korrupsiyaya etiraz olaraq keçirilir.