PKK Türkiyəyə qarşı yenidən hərəkətə keçdi

26 Oktyabr 2019 13:54 (UTC+04:00)

Türkiyə ilə Rusiya arasında imzalanan Soçi razılaşmasına əsasən Kobanidən çəkilməli olan YPG/PKK terror təşkilatı bunun əksinə şəhərin kənarında tunel və xəndək qazır.

Publika.az xəbər verir ki, onlar qazdıqları xəndəkləri rezin və yanacaqla doldurur.

Yeni xəndək və tunellər Suriya-Türkiyə sərhdə xəttindən 18 km məsafədə yerləşir.

Qeyd edək ki, Soçi razılaşmasına görə, terrorçular 23 oktyabr saat 12:00-dan etibarən Türkiyənin sərhəd xəttibndən 32 km cənuba hərəkət etməlidir. Vaxt 29 oktyabr saat 18:00-da başa çatır.

Zümrüd