64 yaşında ana oldu, uşaqlarına İlham və Mehriban adını qoydu

26 Oktyabr 2019 18:34 (UTC+04:00)

Azərbaycanda ilkə imza ataraq 64 yaşında ana olan qadın əkiz körpələrinə İlham və Mehriban adını qoyub.

Musavat.com-a bu barədə ananın həkimi Elnurə Mustafayeva məlumat verib. O bildirib ki, qadın öncədən övladlarına prezident İlham Əliyev ilə birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə İlham və Mehriban adını qoyacağını deyib və o, arzusunu reallaşdırıb.

Qeyd edək ki, bir neçə gün öncə 70 yaşlı kişi ilə 64 yaşlı qadın 40 ildən sonra süni mayalanma yolu ilə əkiz övlad sahibi olub.

60-dan çox yaşı olan qadının ana olması Azərbaycanda ilk, dünyada 6-cı hadisədir.