Şamaxıda minik avtomobili yandı

27 Oktyabr 2019 18:58 (UTC+04:00)

Şamaxıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Şamaxı rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.