Zaqatalada 5 otaqlı ev yandı

27 Oktyabr 2019 21:43 (UTC+04:00)

Zaqatalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Muxax kəndində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin taxta atmaları və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,4 tonu, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb.

Evin, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülübvv