“Enfild”də möhtəşəm geridönüş - VİDEO

28 Oktyabr 2019 04:28 (UTC+04:00)

Oktyabrın 27-da İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə “Liverpul” öz meydanında “Tottenhem” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mersessayd təmsilçisinin heyətində Jordan Hendersson (56), Məhəmməd Salah (75), qonaqların komandasında isə Hari Keyn (1) fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “Liverpul” turnir cədvəlində liderliyi davam edir. “Tottenhem” isə 12 xalla 11-ci yerdədir.