Məşhur kino ulduzu TANINMAZ HALDA - FOTO

28 Oktyabr 2019 09:46 (UTC+04:00)

5 il əvvəl İstanbulu tərk edərək Bodruma köçən aktyor Nejat İşler pərəstişkarlarını təəccübləndirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı kino ulduzu Bodrum küçələrində gəzərkən diqqət çəkib. Dostları ilə görüşə gedən Nejat İşlerin tanınmaz hala düşdüyü diqqətdən yayınmayıb. Saqqal buraxıb, qarın çıxaran aktyorun bu halı pərəstişkarlarını məyus edib.

Xatırladaq ki, 2014-cü ildə septik şok keçirdikdən sonra 3 ay komada qalan kino ulduzu Bodrum-Gümüşlükdə məskunlaşmışdı.