DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

28 Oktyabr 2019 13:04 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Qobustan şəhərində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.