DİN tələbələrin öldüyü hadisə ilə bağlı məlumat yaydı

29 Oktyabr 2019 13:18 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən şəxslər Gəncə Dövlət Aqrar Universitetinin tələbələridir.