Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

29 Oktyabr 2019 14:51 (UTC+04:00)

Prezident İlham Əliyev Heydər Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin.