“Azərbaycan” komandası Şahmat Olimpiadasına qələbə ilə başladı

29 Oktyabr 2019 22:01 (UTC+04:00)

“Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında keçirilən Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən əsas yığmanın üzvləri – “Azərbaycan” komandası Monqolustan yığmasına 3:1 hesabla qalib gəlib. Yarışda çıxış edən digər komandamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları isə ilk turda məğlub olublar (1:3).

Əlliyə yaxın komandanın mübarizə apardığı Olimpiada noyabrın 6-dək davam edəcək.