Nazirlik Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı AÇIQLAMA yaydı (YENİLƏNDİ)

30 Oktyabr 2019 15:38 (UTC+04:00)

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı növbəti dəfə məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda deyilir:

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək".

***

Oqtay Gülalıyev əməliyyat edilir.

Publika.az xəbər verir ki, "City Hospital" dan Səhiyyə Nazirliyə verilən məlumata əsasən, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, öncə ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hal hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.