Vaşinqtondan Türkiyə ilə bağlı SENSASİON ETİRAF: Bütün cəhdlərə baxmayaraq...

30 Oktyabr 2019 21:48 (UTC+04:00)

Amerika administrasiyası bütün cəhdlərə baxmayaraq, Türkiyə hakimiyyətini Rusiyadan alınan S-400 zenit-raket sistemlərindən imtina etməyə inandıra bilmir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident Donald Tramp tərəfindən ABŞ-ın Rusiyadakı səfiri postuna namizədliyi irəli sürülən Con Sallivan Senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket komplekslərinin alınması üzrə saziş 2017-ci ilin sentyabrında bağlanıb. Ankara 2,5 milyard dollar dəyəri olan saziş çərçivəsində komplekslərin iki divizionunu alacaq. Müqavilə istehsal texnologiyaların türk tərəfinə qismən ötürülməsini nəzərdə tutur. Ankara komplekslərin 2020-ci ilin aprelində işə salınacağını açıqlayıb.

S-400-lərin Türkiyə tərəfindən alınmasına ABŞ və NATO qarşı çıxır. Pentaqon iyulun 17-də F-35 beşinci nəsil Amerika qırıcı-bombardmançının istehsalı proqramından Türkiyənin çıxarılması prosesinin başlandığını rəsmən elan edib. Bununla belə, avqustun 28-də ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Türkiyə S-400-lərdən imtina edərsə, Vaşinqton Ankaranın F-35 proqramına qayıdışı imkanına baxacaq.