ABŞ və Səudiyyədən İrana qarşı QƏRAR

31 Oktyabr 2019 01:13 (UTC+04:00)

ABŞ və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Terrorizmin Maliyyəsinin Aşkarlanması Mərkəzi İranla əlaqəli 21 qurumu və 4 nəfəri sanksiya siyahısına əlavə edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.

Sözügedən qurum və şəxslərin SEPAH-ı və Livandakı Hizbullah təşkilatını dəstəklədikləri bildirilib.

Siyahıya daxil edilənlərin maliyyə vəsaitlərinə həbs qoyulacaq və hər hansı əməliyyatın aparılmasına qadağa qoyulacaq.