Tanınmış azərbaycanlı rejissor Türkiyədə öldü - FOTO

31 Oktyabr 2019 10:40 (UTC+04:00)

Azərbaycanın tanınmış teatr rejissoru vəfat edib.

Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov Türkiyədə vəfat edib.

Qeyd edək ki, H.Həsənov 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyət göstərirdi. O, bir çox kitabların və tamaşa ssenarilərinin müəllifi olub, saysız- hesabsız tamaşalara quruluş verib. (unikal.org)