ABŞ vitse-prezidentinin Ankara səfəri zamanı qovluğunda bunlar var imiş - Türkiyəyə ŞOK TƏHDİD

31 Oktyabr 2019 13:42 (UTC+04:00)

Rəsmi Vaşinqton Türkiyəyə qarşı sanksiya siyahısı hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin danışıb.

Səudiyyə Ərəbistanında səfərdə olan nazir bildirib ki, sanksiya siyahısı ehtiyac olduğu halda istifadə edilməsi üçün hazırlanıb:

"Əlavə sanksiyalar üçün hədəf siyahısı isə vitse-prezident Mayk Pensə Ankara səfəri zamanı siyahıdan sövdələşmədə istifadə etmək üçün göndərilib. ABŞ-la Türkiyə arasında razılaşma əldə olunmasa, maliyyə sanksiyaları işə düşəcəkdi".

O, Suriyada atəşkəs əldə olunduğu üçün əvvəlki sanksiyaların aradan qaldırılmasından məmnunluğunu dilə gətirib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanan siyahıda yer alan bəzi maddələr:

- Türkiyənin sabiq və mövcud hökumət nümayəndələrinin ABŞ-dakı mülkləri dondurulmalı, girov götürülməli

- Polad ixracı üçün gömrük vergisi 50% artırılmalı, may ayından etibarən bu maddə tətbiq edilməli

- ABŞ Ticarət Nazirliyi rəhbərliyi altında Türkiyə ilə aparılan 100 milyard dollarlıq ticarət razılaşmasına dair müzakirələrə son qoyulmalı

- Milli Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməzə sanksiya tətbiq edilməli

- Türkiyə Milli Müdafiə Nazirliyi və Energetika və Təbii Sərvətlər Nazirliyinə sanksiya tətbiq edilməli

- ABŞ Maliyyə Nazirliyinin müəyyən etdiyi maliyyə qurumlarının işi məhdudlaşdırılmalı

- Suriyalı qaçqınları məcburi şəkildə geri qaytarmaq istəyən, siyasi həll yolunu dəstəkləmə cəhdlərinin qarşısını alan hərəkətləri dəstəkləyən və həyata keçirən şəxslərə sanksiya tətbiq edilməli.

Zümrüd