Qoy məni həbs etsinlər - Sarkisyan Qarabağdan danışdı

31 Oktyabr 2019 14:22 (UTC+04:00)

Mən indi məsuliyyətsiz populistlərin dağıdıcı siyasətindən qorxuram.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Özümə görə qorxmuram. Əgər mənim həbsimlə xalq xoşbəxt olsa və əgər 1 mart, 27 oktyabr işləri tam açılacaqsa, təhdidlər neytrallaşdırılacaqsa, Dağlıq Qarabağla bağlı danışıqlarda doğru istiqamətə qayıdılması mümkün olacaqsa, o zaman qoy mən həbs edilim”, – deyə o bildirib.