İŞİD-in yeni liderinin adı MƏLUM OLDU

31 Oktyabr 2019 20:54 (UTC+04:00)

İŞİD terror təşkilatı lideri Əbubəkr Əl-Bağdadi və onun yerinə gətirilməsi planlaşdırılan Əbu Həsən Əl-Muhacirin öldürüldüyü təsdiqləyib.

Publika.az xəbər verir ki, bu haqda terrorçulara yaxın "Telegram" kanallarından yayımlanan səs qeydində bildirilib.

İŞİD Əbu İbrahim Haşiminin İŞİD-in yeni lideri olduğunu açıqlayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ötən həftə Suriyanın İdlib vilayətinin Barişa kəndində öldürülməsi ilə nəticələnən əməliyyatın görüntülərini paylaşıb.

Bağdadini belə öldürdülər - ANBAAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)