24 saat sonra Türkiyəyə qarşı minlərlə əsgər hərəkətə keçəcək – FOTO

2 Noyabr 2019 13:30 (UTC+04:00)

Sabah İsrailin ev sahibliyi ilə keçirilən “Mavi Bayraq” təlimləri başlayır.

Publika.az
xəbər verir ki, təlimlərə ABŞ, İtaliya, Almaniya və Yunanıstan qatılacağı təlimlər 5 gün davam edəcək.

Bu təlimlərin Türkiyənin Aralıq dənizindəki mövqelərinə qarşı keçirildiyi hesab olunur.

F-35-lərin də iştirak edəcəyi təlimdə İsrailin 1000 əsgəri iştirak edəcək.

İki ildən bir keçirilən “Mavi Bayraq” təlimləri ilk dəfə 2017-ci ildə baş tutub. İlk təlimə qatılan Hindistan və Polşa bu dəfə gəlməyiblər.

Ekspertlər Aralıq dənizinin təbii resursları uğrunda mübarizənin qızışdığını, Türkiyəyə qarşı Qərb ittifaqının gücləndirildiyini deyirlər.

Asif