67 tələbə toyuq dönərindən zəhərləndi

4 Noyabr 2019 08:44 (UTC+04:00)

Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə universitetdən kənar yerdə baş verib. Zəhərlənənlərin əksəriyyəti təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Ən son məlumata görə, zəhərlənən tələbələrdən 67-si Afyonkarahisar Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı istintaq başlanıb.