BMT acı hesabatı yaydı: 254 nəfər ölüb

5 Noyabr 2019 22:27 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq Missiyası ölkədə oktyabrın 1-dən bu yana baş verən nümayişlərdə 254 nümayişçinin öldüyünü və minlərlə insanın yaralandığını açıqlayıb.

Publika.az xəbər verir ki, BMT-nin yayımladığı "25 Oktyabr - 4 Noyabr İraq Nümayişləri" hesabatında paytaxt Bağdad başda olmaqla, mərkəz və cənubi bölgələrdə davam edən etirazların ikinci dalğasında 97 nəfərin öldüyü qeyd olunub.

Hesabatda təhlükəsizlik gücləri tərəfindən atılan qaz bombasının 16 nümayişçinin ölümünə səbəb olduğu öz əksini tapıb.