İran uranı zənginləşdirəcək

6 Noyabr 2019 01:55 (UTC+04:00)

İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.

Publika.az məlumat verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Təşkilatın rəhbəri deyib: "Sabahdan etibarən Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik".

Salehi əlavə edib ki, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".

O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini deyib.