Bağdadinin arvadı həbs olundu - ƏRDOĞAN DANIŞDI

6 Noyabr 2019 17:09 (UTC+04:00)

Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, deyib ki, ABŞ Əbubəkr əl-Bağdadini tuneldə məhv edib: "İlk dəfədir açıqlayıram: biz də onun xanımını, bacısını tutduq. Ancaq belə hay-küy salmadıq".

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb. (report)