Bu ölkənin hava limanında FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi

7 Noyabr 2019 00:19 (UTC+04:00)

Niderlandın Sxiphol hava limanında fövqəladə vəziyyət elan edilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə hava limanının qorunması üzrə hərbi polis məlumat verib.

Bunun səbəbi hələki bilinmir. Hərbi polisin sözlərinə görə, söhbət "təyyarələrdən birinin göyərtəsində şübhəli vəziyyətdən" gedir.

Hadisə yerinə bir neçə yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.