Rusiya təyyarəsi HAVAYA QALXDI: Türkiyə yaxınlığında...- FOTO

7 Noyabr 2019 11:36 (UTC+04:00)

Rusiyaya aid hərbi təyyarə Suriyanın Qamışlı şəhərinə doğru hərəkət edib.

Publika.az xəbər verir ki, təyyarənin enişi Türkiyənin Mardin şəhərindən görüntülənib.

Yük daşıdığı bildirilən təyyarə Əsəd rejiminin nəzarətindəki hava limanında eniş edib və daha sonra yenidən havaya qalxıb.

Qeyd edək ki, daha əvvəl Rusiyadan həmin hava limanına 50 nəfərdən ibarət hərbi heyət göndərilmişdi.