Müxalifət naziri geri oturtdu

7 Noyabr 2019 13:27 (UTC+04:00)

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı səbəbilə Türkiyəyə silah satışına qoyulan məhdudiyyətlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir daha əvvəllər satışı təsdiq olunmuş məhsulların da əngəllənə biləcəyini söyləyib.

Federal Məclisdə müxalifətin suallarını cavablandıran Maas “Barış Pınarı”nı “beynəlxalq hüququ pozan işğal” adlandırıb.

Müxalifətin Avropa İttifaqının Türkiyəyə niyə rəsmi silah embarqosu qoymadığı istiqamətindəki suallarını cavablandıran nazir “Türkiyə NATO müttəfiqidir. Bizim üçün əhəmiyyətli olan sürətli qərar verilməsini təmin etmək idi və bu qərar verildi. Bizim mövqeyimizdən silah tədarükünün dayandırılması qərarı, yeni silah ixracatı ilə yanaşı, artıq təsdiqlənmiş silahlar üçün keçərlidir” sözlərini deyib.

Toplantıda nazirə “Ərdoğanın hərəkatı işğal adlandıranlar üçün “qapıları açıb qaçqınları Avropaya buraxarıq” təhdidinə görəmi Türkiyənin hərbi işğalına sanksiya tətbiq etmədiniz” sualı verilib. O isə cavabında “Türkiyənin Suriyanın şimalında apardığı əməliyyat başladığı formada davam etsəydi, biz sanksiya tətbiq edəcəkdik. Bunu açıq şəkildə söylədik. Türkiyə prezidentinin dediyi sözlərin sadəcə bəyanat kimi qalacağına inanırdıq” şəklində cavab verib.

Zümrüd