Maykl Ceksonun corabları satışa çıxarıldı - FANTASTİK QİYMƏTƏ

7 Noyabr 2019 15:34 (UTC+04:00)

Pop musiqisinin kralı Maykl Ceksonun məşhur “ay rəqsi”ni ilk dəfə ifa etdiyi parlaq corabları hərraca çıxarılacaq.

Corabların başlanğıc qiyməti 100 min dollar müəyyən edilib.

Amma mütəxəssislər onun bir milyon və ya iki milyon dollara satıla biləcəyini ehtimal edirlər.

Hərracda həmçinin M.Ceksonun avtoqrafı ilə “Thriller” albomu və digər unikal əşyalar satılacaq.

Hərrac noyabrın 13-dən 22-dək davam edəcək. (trend)